Mingəçevirdə özünü Kür çayına atan şəxs xilas olunub


Bu gün Mingəçevir şəhərində özünü Kür çayına atan şəxs xilas olunub.
1954-cü il təvəllüdlü şəhər sakini Bayramov Qəzənfər Əlləz oğlu özünü Kür çayına atıb.
Qeyd edək ki, batmaqda olan kişini iki gəzinti qayığını idarə edən şəxslərin çevik müdaxiləsi nəticəsində xilas etmək mümkün olub.
Qayıqçılar Qardaşəli İmanov və Fərid Əkbərovun birgə səyi nəticəsində Q. Bayramov sudan çıxarılıb. Q.Bayramov xəstəxanaya yerləşdirilib.
Esmira Hidayətova, Mingəçevir.

DİGƏR XƏBƏRLƏR

Top