Kəlbəcərlə sərhəddə 2 erməni hərbçisi itkin düşüb


Dünən Ermənistan Silahlı Qüvvələrinin N hərbi hissəsinin hərbi bazasından başqa bazaya keçid zamanı iki müqaviləli hərbi qulluqçu ilə əlaqə kəsilib.
Yeniavaz.com xəbər verir ki, b
u barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, fasiləsiz qar fırtınası dünən başlayan axtarış və xilasetmə işlərinə mane olur. Hərbi qulluqçuların tapılması üçün bütün lazımi tədbirlər görülür. Hərbçilərin Kəlbəcər rayonu ilə sərhəddə yerləşən hərbi hissədə qulluq etdikləri bildirilib.
 

DİGƏR XƏBƏRLƏR

Top