Adı Azərbaycanla bağlı qalmaqalda keçən alman deputat təyyarədə öldü


Almaniya parlamentinin deputatı Karin Ştrents xarici səfərdən geri qayıdan zaman təyyarədə vəfat edib.

Yeniavaz.com xarici KİV-lərə istinadən bildirir ki, alman deputat uçuş zamanı huşunu itirib və təyyarə Dublin şəhərinə təcili eniş edib. 53 yaşlı deputatı xəstəxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb. 
Məlumat üçün bildirək ki, Karin Ştrents Almaniyada hakimiyyətdə olan Xristian Demokratik Birlik partiyasının üzvü olub. Bir neçə il əvvəl mətbuatda Almaniya Bundestaqının Cənubi Qafqaz Dostluq Qrupunun sədri olan Karin Ştrentsın Azərbaycanın xeyrinə lobbiçiliklə məşğul olmaq üçün 4 milyon avro alması barədə iddialar yer alıb. 

DİGƏR XƏBƏRLƏR

Top