Dünyanın ən kasıb ölkələrinin adları açıqlandı - SİYAHI

Adambaşına düşən milli gəliri ən aşağı səviyyədə olan 20 ölkənin adı müəyyən olunub. "Yeniavaz.com" Beynəlxalq Valyuta Fondunun (BVF) açıqladığı hesabata istinadən bildirir ki, 20 ən kasıb ölkənin siyahısında Afrika ölkələri çoxluq təşkil edib. Beləliklə, siyahının ilk pilləsində adambaşına düşən milli gəliri 659 dollar olan Mərkəzi Afrika Respublikası qərarlaşıb. Adambaşına düşən milli gəliri 792 dollar olan Konqo Demokratik Respublikası isə dünyanın ən kasıb ölkələrin sırasında 2-ci yerdədir. 3-cü sırada isə Burundi yer alıb. Bu ölkədə adambaşına düşən milli gəlir 835 dollar təşkil edib. Kasıb ölkələrin siyahısında növbəti yerləri Liberiya (adambaşına düşən milli gəliri 882 dollar), Niger (1109 dollar), Malavi (1136 dollar), Mozambik (1235 dollar) və Qvineya (1244 dollar) tutub. Növbəti onluqda yer alan ölkələrdə adambaşına düşən milli gəlir 1300-1900 dollar civarında dəyişir. Belə ki, 11-ci sırada yer alan Eriteriyada adambaşına düşən milli gəlirin 1314 dollar olub. Bu göstərici Madaqaskarda 1495 dollar, Komor adalarında 1521 dollar, Toqoda 1533 dollar, Qvineya Bisauda 1559 dollar, Sierra Leonada 1645 dollar, Qambiyada 1655 dollar, Cənubi Sudan Respublikasında 1764 dollar, Burkina Fasoda 1777 dollar, Haitidə 1784 dollar, Kiribatidə isə 1816 dollar təşkil edib. Adambaşına düşən milli gəliri az olan 20 ölkənin adı olduğu siyahıda Efiopiya axırıncı yerdədir. Belə ki, Efiopiya adı çəkilən 20 ölkənin arasında ən varlısı hesab olunur. Bu ölkədə adambaşına düşən milli gəlirin 1869 dollar olduğu qeyd olunur.

DİGƏR XƏBƏRLƏR

Top