Vidadi Ağagülov özünü qumbaranın üstünə atan əsgərdən danışdı: "Sual verdim ki...- VİDEO


“O əsgər beş saniyə içində həyati qərar verdi”.

Bu sözləri Birinci və İkinci Qarabağ Müahirəbələrinin iştirakçısı, “Maştağa” ləqəbli gizir Vidadi Ağagülov özünü səngərdə qumbaranın üzərinə atan əsgər barədə danışarkən deyib. Tərlan Həsənov adlı həmin gəncin xüsusi şücaət göstərərək 7 nəfərin həyatını xilas etdiyini bildirib:
"Düşmən səngərə qumbara atdı,5 saniyə sonra partlayacaqdı. Həmin vaxt səngərdə 8 əsgər var idi, amma onların içindəki ən balaca olan hər kəsin həyatını xilas etdi. O, rabitə qurğusunu qumbaranın üstünə qoydu və zirehli jiletlə onun üstünə uzandı. Qumbara partladı, amma ona heç nə olmadı. Hadisədən sonra əsgərlə danışanda sual verdim ki heç ananı düşünmədin? O isə cavabında mənə dedi ki, mənim bir anam var, amma orda məndən başqa yeddi əsgər var idi. Mən icazə verə bilməzdim ki, yeddi ana qara geyinsin”.

DİGƏR XƏBƏRLƏR

Top