Yaponiya səfiri Azərbaycan xalqını Novruz münasibətilə təbrik etdi


Yaponiya səfiri Vada Cüniçi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Səfirin mesajında deyilir:

“Novruz bayramınız mübarək!

“Yeni gün” özü ilə yeni ümidlər, yeni arzular gətirir. Baharın gəlişi, təbiətin oyanması kimi gözəl prosesin Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə təntənəli şəkildə qeyd olunması və hətta Novruzun UNESKO-nun Qeyri-maddi irs üzrə Reprezentativ siyahısına daxil edilməsi çox sevindirici haldır. Bu gün, yəni 21 mart tarixi Yaponiyada da yazın gəlişi ilə gecə və gündüzün bərabərliyi kimi qeyd olunur. Biz yaponlar da yazı çox sevir, gözəl sakura çiçəklərinin mənzərəsini, yeni həyatın başlanğıcını böyük sevinc hissi ilə qarşılayırıq.

Bu bahardan və Novruzdan arzum, hər birinizin evinə ruzi-bərəkət, hər iki ölkə üçün yeni uğurlu başlanğıclar, sülh və əmin-amanlıq gətirməsidir!”

DİGƏR XƏBƏRLƏR

Top