Paşinyan: "Biz anlamalıyıq ki, Rusiya Ermənistanın dostudur ancaq Azərbaycanın..."


Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ Müharibəsində məğlubiyyət səbəbləri barədə açıqlama verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb. Paşinyan bildirib ki, Rusiya müharibə dövründə əlindən gəldiyi qədər Ermənistana yardım edib:
"Strateji tərəfdaşımız Rusiya bu müharibə zamanı müttəfiq öhdəliklərini yerinə yetirdimi? Bəli, şübhəsiz və mübahisəsiz! Ancaq bir incə məqam var. Anlamalıyıq ki, Rusiya Ermənistanın dostu və strateji müttəfiqidir, lakin Azərbaycanın düşməni deyil. Və müttəfiqlik öhdəliklərinin müəyyən bir çərçivəyə sahib olduğunu dərk etməliyik".
Paşinyan çıxışının davamında mühribədə məğlub olduqlarının səbəbləri barədə də danışıb:
 "Biz təyyarə aldıq, 2020-ci ilin may ayında Ermənistana gətirildi. Ancaq, müharibədən əvvəl raket almağa vaxtımız yox idi. Əvvəlki hakimiyyət bu vaxta qədər təyyarələri alsaydı biz də vaxtında raket ala bilərdik. Niyə 26 illik dövlətdə döyüş təyyarəsi yox idi, kimsə bunu izah edə bilər?"
 

DİGƏR XƏBƏRLƏR

Top