Ermənistanın bu bölgəsinə də rus qoşunları yerləşdirildi - Artur Sarkisyan


"Rusiya qoşunları Sisian hava limanında yerləşdirilib".
Yeniavaz.com
"news.am"a istinadla xəbər verir ki, bu sözləri Sisian bölgəsinin meri Artur Sarkisyan deyib. O bildirib ki, hava limanına yerləşdirilən hərbçi sayı barədə hələlik dəqiq məlumat yoxdur:
"Nə qədər hərbçinin, neçə nəfərin olduğunu deyə bilməyəcəyəm, ancaq yerləşdiriliblər. Orada yeni hərbi bazanın olub-olmayacağı da hələlik dəqiq deyil".
 

DİGƏR XƏBƏRLƏR

Top