Erməni polkovnik: “Qarabağdan Ermənistan silahlı birləşmələri çıxarılır”

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mərhələli şəkildə Qarabağdan çıxarılır.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan ordusunun sabiq mətbuat katibi polkovnik Senor Asratyan “Facebook” hesabında paylaşım edib.

Onun sözlərinə görə, Baş nazir Paşinyan illər sonra əsgər analarının yəni xalqın tələbi ilə erməni silahlı birləşmələri Qarabağdan çıxartdığını bildirəcək. O, Mehri dəhlizinin açılacağını və Metsamor AES-in isə bağlanma təhlükəsi ilə üz-üzə olduğuna diqqət çəkib.

DİGƏR XƏBƏRLƏR

Top