Yevlaxda ağır qəza zamanı xəsarət alan şəxslərdən biri həyatını itirib.
Həkimlərin səyinə baxmayaraq, 1966-cı il təvəllüdlü Yevlax rayon sakini Səmimi Tanrıverdiyevanın həyatını xilas etmək mümkün olmayıb.
Digər yaralıların müalicəsi davam etdirilir.
***16:27
Yevlaxda ağır yol qəzası olub.
Hadisə Mingəçevir-Xaldan avtomobil yolunda, Əkşəm kəndi yaxınlığında baş verib.
"VAZ 2106" və "Hyundai-Elantra" markalı minik maşınlarının toqquşması nəticəsində 7 nəfər - "VAZ 2106"-nın sürücüsü, iki qadın və biri qız uşağı olmaqla, 3 azyaşlı uşaq və "Hyundai"-nin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.(APA)