ABŞ və Çin nümayəndə heyəti arasında gərginlik - VİDEO


ABŞ-da Co Bayden hökuməti və Çin nümayəndə heyəti arasında Alyaskada ilk yüksək səviyyəli görüş keçirilib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə hər iki tərəf bir-birinə ağır ittihamlar səsləndirib.
Çinli səlahiyyətlilər ABŞ-ı, digər ölkələri Çinə qarşı təhrik etməkdə günahlandırıb.
ABŞ nümayəndələri isə çinlilərin görüşə göstəriş məqsədilə gəldiklərini bildiriblər. İki dövlət arasında gərginlik son illərdə ən yüksək həddə çatıb.
ABŞ nümayəndələri daha əvvəl açıqlamalarında keçiriləcək görüşdə Çinin Sincan vilayətində uyğur tüklərinə qarşı edilən edilən zülmü dilə gətirəcəklərini bildirmişdi.
Görüşdə ABŞ-ı dövlət katibi Entoni Blinken və Milli Təhlükəsizlik üzrə məsləhətçi Jake Sulivan, Çin tərəfindən isə ölkənin Xarici İşlər naziri Vanq Yi və xarici siyasət məsələləri üzrə yüksək vəzifəli şəxs Yanq Jieci təmsil edib. Blinken çıxışında Çin tərəfindən ölkəsinə qarşı edilən kiber hücumları və müttəfiqlərinə qarşı edilən təzyiqləri pislədiklərini və bütün bunların dünyada sülhü təhdid etdiyini vurğulayıb. Çinli nümayəndələr isə qarşı tərəfi ölkəsinin normal ticarət dövriyyəsinə əngəl törətməkdə ittiham edərək, Amerikada insan haqlarının pozulduğunu, qaradərili insanların öldürüldüyünü iddia ediblər. ABŞ-nümayəndə heyəti bu cür iddialara cavab verməyəcəklərini və Çinlə olan əlaqələrinin pozulmasını istəmədiklərini bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top