Altı ay əvvəl təyin edildiyi vəzifəsindən çıxarıldı


Bakının Suraxanı Rayon Polis İdarəsinə altı ay öncə rəis müavini təyin edilən polkovnik Famil Vəliyev bu vəzifəsindən çıxarılıb.

Yeniavaz.com qafqazinfo-nun əldə etdiyi məlumata istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə İdarənin əməliyyat işləri üzrə rəis müavini Vəliyev Famil Adil oğlu vəzifəsindən çıxarılaraq Nizami RPİ-də eyni statusda xidmətə göndərilib.
F. Vəliyev daha əvvəl Xəzər RPİ-də müavin olub, 2020-ci ilin sentyabr ayında Suraxanıya təyin edilib.
Dekabr ayında İdarəyə rəis təyin edilən Süleyman Nemətovun istəyi ilə RPİ-də keçirilən kompleks yoxlamadan sonra 30-a yaxın məsul şəxs pozuntulara görə işdən çıxarılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top