Ağstafada şəhid ailələri ziyarət edilib


Ağstafa rayonunda şəhid ailələri ziyarət edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları Vətən müharibəsində şəhid olan igid oğullarımızın ailələrini ziyarət ediblər.

"Şəhidlərin valideynləri ilə həmsöhbət olan polislər onların qayğıları ilə maraqlanıb, Novruz bayramı ərəfəsində gətirdikləri sovqatları təqdim ediblər. Görüşlər zamanı Vətən müharibəsində əldə etdiyimiz Qələbənin şəhidlərimizin, qazilərimizin və hazırda xidmətini davam etdirən mərd oğullarımızın sayəsində əldə edildiyi vurğulanıb. Şəhid ailələri onlara göstərilər diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin bütün kollektivinə təşəkkür ediblər", - Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top