Keçmiş siyasətçi rəhbər oldu - CIA tarixində ilk


ABŞ senatı Mərkəzi Kəşfiyyat İdarəsinin(CIA) direktoru vəzifəsinə keçmiş diplomat Uilliam Bernsi təsdiqləyib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, onun bu vəzifəyə təyin olunması ilə CIA tarixində bir ilkə imza atılıb. Belə ki, Berns CIA tarixində əvvəllər diplomat kimi fəaliyyət göstərən ilk başçı olub. Əvvəllər Xarici İşlər nazirinin müavini vəzifəsini icra edən Berns həm respublikaçılar,  həm də demokratlar tərəfindən böyük dəstək alıb.
Berns, Senatın əvvəlki iclasında ABŞ-ın ən başlıca rəqibinin Çin olduğunu və bu mövzuda əhəmiyyətli addımlar atacağını bildirib.
Qeyd edək ki, Berns 1998-2000-ci illərdə ABŞ-ın Ammandakı səfiri vəzifəsini icra edib. 2005-2008-ci illərdə isə Moskvada xüsusi vəzifə yerinə yetirib. 2011-2014-cü illər aralığında Xarici İşlər nazirinin müavini vəzifəsində işləyib və 2014-cü ildə təqaüdə çıxıb.
2014-cü ildən bəri “Carnegie” Beynəlxalq Sülh Fondunun prezidenti olan Berns Bayden rəhbərliyinin xarici siyasət xəttinə yaxın şəxs kimi tanınır.

DİGƏR XƏBƏRLƏR

Top