Avropa ölkələrində minimum əmək haqqı - TAM SİYAHI


Səkkiz il əvvəl – 2012-ci ildə qəbul edilən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında nəzərdə tutulan məsələlərin icrası artıq 3 aya yaxındır başa çatıb.
Yeniavaz.com xəbər verir ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının icrası başa çatsa da nəzərdə tutulan bəzi hədəflərə çatmaq mümkün olmayıb. Belə ki, Konsepsiyanın 7.3 bəndində qeyd olunurdu ki, işləyən vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək məqsədi ilə iqtisadiyyatın inkişafından asılı olaraq minimum əməkhaqqı məbləğinin tədricən minimum yaşayış standartlarına və Avropa ölkələrində müəyyən edilmiş normativə - orta aylıq əməkhaqqının 60%-i məbləğinə çatdırılması istiqamətində tədbirlər görüləcək. Göründüyü kimi, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının icra müddəti başa çatsa da minimum əmək haqqı ilə bağlı nəzərdə tutulan hədəfə çatılmayıb.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda minimum əmək haqqı 250 manat təşkil edir və bu, orta aylıq əmək haqqının (691 manat) 36,2%-nə bərabərdir. Bu göstərici Azərbaycanın da qoşulduğu Avropa Sosial Xartiyasının tələblərinə uyğun deyil. Belə ki, Avropa Sosial Xartiyasının tələblərinə görə minimum əməkhaqqının məbləği orta aylıq əməkhaqqının 60%-dən az olmamalıdır. Bu isə o deməkdir ki, Azərbaycanda minimum əmək haqqını orta aylıq əmək haqqının 60%-i səviyyəsinə, yəni 415 manata çatdırmaq lazımdır.
Avropa ölkələri arasında minimum aylıq əmək haqqının məbləğinə görə Azərbaycan yalnız 2 ölkədən – Ermənistan və Gürcüstandan öndədir.
Müqayisə üçün Avropa ölkələrində minimum aylıq əmək haqqının məbləğini təqdim edirik:
Ölkələr Minimum aylıq
əmək haqqı (dollar)
Lüksemburq 2 620 $
İrlandiya 2 525 $
Almaniya 2 350 $
Böyük Britaniya 2 150 $
Niderland 2 006 $
Belçika 1 935 $
Fransa 1 850 $
İspaniya 1 320 $
Sloveniya 1 220 $
Malta 935 $
Portuqaliya 925 $
Yunanıstan 902 $
Litva 765 $
Slovakiya 742 $
Polşa 731 $
Estoniya 695 $
Çexiya 690 $
Xorvatiya 670 $
Latviya 595 $
Rumıniya 545 $
Macarıstan 526 $
Türkiyə 493 $
Serbiya 435 $
Bolqarıstan 395 $
Monteneqro 394 $
Makedoniya 285 $
Albaniya 252 $
Ukrayna 216 $
Rusiya 166 $
Belarus 154 $
Azərbaycan 147 $
Ermənistan 130 $
Gürcüstan 125 $

Onu da bildirək ki, minimum əmək haqqı ölkənin iqtisadi inkişaf səviyyəsi ilə birbaşa bağlı deyil. Bu, ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top