Şahmar Mövsümovdan metronun fəaliyyətinin bərpası ilə bağlı AÇIQLAMA


“Hazırda metronun fəaliyyətinin bərpası gözlənilmir”.
Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.
O bildirib ki, bunun səbəbini belə izah edib:
“İctimai nəqliyyatı biz ya tamamilə bağlamalıyıq, ya da açmalıyıq. Metronun açılması hazırda aktivliyin artmasına gətirib çıxara bilər. Metronun bağlanması qərarı verildikdə əsas məqsədimiz aktivliyin aşağı salınması idi. Karantin rejiminin növbəti dəfə yumşalması zamanı metronun açılması gündəmə gələ bilər”.

DİGƏR XƏBƏRLƏR

Top