Soyludan Yunanıstanda dənizə atılmış 7 immiqrantla bağlı AÇIQLAMA - VİDEO


Yunanıstan Sahil Təhlükəsizlik Bölmələri əyinlərində xilasetmə gödəkçələri olmayan 7 immiqrantın əllərini plastik qandallarla bağlayaraq dənizə atıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu öz tvitter hesabında məlumat verib. Nazir, 2 immiqrantın sağ, birinin cansız bədəninin aşkarlandığını bildirib. Soylu məlumatda qeyd edib ki, onlar əvvəlcə döyülüb, əşyaları əllərindən alınaraq dənizə atılıb.
Qeyd edək ki, sözügedən immiqrantlar Türkiyənin Sahil Təhlükəsizlik Komandanlığı tərəfindən aşkarlanıb.
​​​​​

DİGƏR XƏBƏRLƏR

Top