Ərdoğan: “Baydenin Putinə dediyi sözlər qəbuledilməzdir”


“Cənab Baydenin Putinlə bağlı bu açıqlamaları dövlət başçısına yaraşmır. Belə bir ifadədən istifadə etmək məqbul deyil. Cənab Putin həqiqətən ağıllı və çox incə cavab verərək lazım olanı edib”.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə qatil deyən ABŞ prezidenti Co Bayden haqqında danışarkən səsləndirib.
Qeyd edək ki, Bayden televiziyada çıxışı zamanı Putini qatil adlandırmışdı. Putin isə cavabında ona can sağlığı arzu edərək “Başqa bir ölkəni, dövləti, insanları və ya şəxsləri qiymətləndirmək, güzgüdə özünə baxmaq kimidir” deyə cavab vermişdi.

DİGƏR XƏBƏRLƏR

Top