Fərhad Əhmədov Aərbaycandakı işçilərinin pulunu ödəmir? – İDDİA


"Fərhad Əhmədov ədalətsizlik nümayiş etdirərək bizə olan borcunu artıq 2 ildir ki, ödəmir".
Məşhur azərbaycanlı milyarder Fərhad Əhmədovla bağlı bu iddianı Yeniavaz.com-a müraciət edən və F. Əhmədova məxsus malikanələrdə çalışmış bir qrup şəxs səsləndirib. Onlar bildirirlər ki, onların görüdüyü iş müxtəlif bəhanələrlə, dəfələrlə yoxlanılsa da, heç bir fayda verməyib:
“2017-ci ildən 2019-cu ilə qədər Göyçay rayonunun Potu və İsmayıllı rayonunun Kürdmaşı kəndlərində "Aznar" QSC-nin sahibi Fərhad Əhmədova məxsus malikanələrdə müxtəlif tikinti-təmir işlərinə cəlb olunmuş və bu günə qədər zəhmət haqqını almamış insanların bir qismiyik. Fərhad Əhmədov və onun yaxınlarına dəfələrlə yazılı ve şifahi müraciət etməyimizə baxmayaraq haqqımız ödənməmiş olaraq qalır. Müxtəlif bəhanələrlə Fərhad Əhmədov 4 dəfə qeyri-rəsmi yerli audit yoxlama aparan mütəxəssislər, 1 dəfə Rusiya Federasiyasından rəsmi audit yoxlama aparan mütəxəssislər dəvət edərək görülən işləri yoxlatdırıb. Fərhad Əhmədov tərəfindən aparılmış bütün yoxlamaların nəticələri bizim lehimizə olmağına baxmayaraq cənab Əhmədov ədalətsizlik nümayiş etdirərək bizə olan borcunu artıq 2 ildir ki, ödəmir”.
Məsələ ilə bağlı “Aznar” QSC ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Qeyd edək ki, Fərhad Əhmədov 1,4 milyar dollar sərvətilə dünyanın ən varlı 2024-cü, Rusiya Federasiyasının isə 68-ci ən varlı adamıdır.

DİGƏR XƏBƏRLƏR

Top