Erməni əsgərlərin valideynləri Paşinyanla görüşün nəticəsindən narazıdırlar


Erməni valideynlər övladlarının Azərbaycanın tarixi torpağı olan Qarabağda hərbi xidmətdə olmalarına öz etirazlarını bildiriblər.
Yeniavaz.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onlar məsələ ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüblər və jurnalistlərə nəticədən narazı qaldıqları deyiblər. Görüşün nəticəsindən narazı qalan valideynlər yenidən hökumət evi qarşısında etiraz edərək, övladlarının dərhal tərxis olunmasını və tibbi müayinə edilmələrini tələb ediblər. Ermənistan hökumətinin başçısı iki nümayişçini qəbul edib. İştirakçılarından biri olan Suren Gevorgyan görüş barədə məlumat verib: "Baş nazir bizim istəklərimiz nəzərə alınmadan problemimizin iki həftəyə həll ediləcəyini bildirdi. O vaxta qədər oğullarımızın orduda xidmət etmək vaxtının qısaldılıb-qısaldılmayacağı dəqiqləşdiriləcək”.
Gevorgyan döyüşlərin bitməsindən keçən 4 ay ərzində məsələlərinin həll olunmadığını və bundan narazı olduqlarını vurğulayıb.
Qeyd edək ki, etirazçılar həmçinin itkin düşmüş hesab olunan 500 əsgərlə bağlı baş nazirdən cavab gözləyirlər.

DİGƏR XƏBƏRLƏR

Top