UEFA Çempionlar Liqasında 1/4 finalın püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub.
Yeniavaz.com xəbər verir ki, püşkatmanı Türkiyə millisinin sabiq futbolçusu, Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Hamit Altıntop həyata keçirib.
Püşkatmanın nəticəsi aşağıdakı kimidir:
"Mançester Siti" (İngilərə) - "Borussiya" (Dortmund, Almaniya)
"Portu" (Portuqaliya) - "Çelsi" (İngiltərə)
"Bavariya" (Almaniya) - PSJ (Fransa)
"Real Madrid" (İspaniya) - "Liverpul" (İngiltərə)
Qeyd edək ki, 1/4 finalın ilk oyunları 6 - 7 apreldə, cavab qarşılaşmaları isə 13 - 14 apreldə gerçəkləşəcək.