DTX-nın həbs etdiyi bolqer Bakı İstintaq Təcridxanasına köçürüldü


Həbsdə olan bloqer Aslan Qurbanovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Yeniavaz.com Musavat.com-a istinadən xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə araşdırılır.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Hazırda Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Aslan Qurbanov Penitensiar Xidmətin İstintaq Təcridxanasına köçürülməsini istəyib və bununla bağlı məhkəməyə vəsatət verib.

Vəsatət təmin edilib və A.Qurbanov Bakı İstintaq Təcridxanasına etap olunub.

A.Qurbanov Cinayət Məcəlləsinin 281.2-ci (bir qrup şəxs tərəfindən dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (kütləvi informasiya vasitələrindən istifadə olunmaqla milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.

Səbail Rayon Məhkəməsində A.Qurbanov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ona qarşı irəli sürülən ittihama görə, “talış bloqer” kimi tanınan Aslan Qurbanov özünün “Facebook”, “İnstagram” səhifələrində dövlət əleyhinə və milli-dini ayrıseçkiliklə bağlı təbliğat aparıb.

DİGƏR XƏBƏRLƏR

Top