Paşinyan seçkilərə qədər öz vəzifəsində qalacaq


Ermənistanın baş naziri Nikol Paşinyan 20 iyun tarixində keçiriləcək parlament seçkilərinə kimi öz postunda qalacaq.
Yeniavaz.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə vitse-spiker Alen Simonyan parlamentdə jurnalistlərə açıqlama verib.
“Başqa bir ssenari müzakirə edilməyib. Paşinyan müvəqqəti olaraq öz səlahiyyətlərini həyata keçirəcək”, - A.Simonyan qeyd edib.
Qeyd edək ki, ötən gün Nikol Paşinyan ən böyük müxalifət fraksiyasına sahib olan “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyanla görüşmüşdü. Bu görüşdən sonra o, 20 iyun tarixində Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcəyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top