Tibb işçilərinin diqqətsizliyi nəticəsində Çilidə 6 aylıq körpəyə COVID-19 əleyhinə hazırlanmış “Sinovac” şirkətinə məxsus “CoronaVac” peyvəndi vurulub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Tirua ailə sağlamlığı qurumu tərəfindən təsdiqlənib.
Qurumdan yanlış peyvəndlənmə ilə bağlı körpənin ailəsinə məlumat verildiyi bildirilib. Hazırda körpənin nəzarətdə olduğu bildirilib. Səlahiyyətlilər körpədə heç bir əks təsir görmədiklərini qeyd edib. Hadisə ilə əlaqədar istintaq işi davam etdirilir.