“Prezidentin səfəri Ermənistan XİN-in şərh mövzusu ola bilməz”


"Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan ərazilərinə səfərlər etməsi Ermənistan Xarici İşlər Nazirliyinin şərh mövzusu ola bilməz".

Bu barədə Yeniavaz.com-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

"Ermənistan XİN-i mövcud olmayan dağıntılar barədə danışmadan öncə, 30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən tarixi, mədəni və dini irsin talan edilməsi və “təmizləmə” siyasəti, o cümlədən yüzlərlə abidələrin yerlə yeksan edilməsi, 63 məscidin tamamilə yer üzündən silinməsini unutmamalıdır.

Ermənistan tərəfi hələ də anlamır ki, bu kimi ritorikadan uzaqlaşmaq və imzalanmış üçtərəfli bəyanatların icrasına köklənmək lazımdır. Revanşist və təhlükəli fikirlərlə öz əhalisini zəhərləmək Ermənistana yaxşı heç nəyi vəd etmir", - nazirlikdən qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top