Gürcüstanda Meqi Baqradze adlı tibb bacısına koronavirus əleyhinə vaksin vurulduqdan sonra komaya düşərək ölüb.
Yeniavaz.com “TASS”a istinadən xəbər verir ki, sözügedən tibb bacısı ürək tutmasından komaya düşdükdən sonra həkimlər tərəfindən həyata qaytarılsa da, daha sonra onun həyatını qurtarmaq mümkün olmayıb. Məlumat onun yaxınları tərəfindən verilib. Məlumatda deyilib ki, 27 yaşlı Baqradzenin meyiti tibbi ekspertiza üçün prokurorluğa təqdim olunub.
Qeyd edək ki, Gürcüstanda 15 mart tarixində “AstraZeneca” ilə koronavirusa qarşı peyvənd kampaniyasına başlayıb. Bu günə kimi ölkədə yalnız tibb işçiləri peyvənd olunur. İlk dörd gündə 3,3 mindən çox insan peyvəndlənib.