Azərbaycanada fəaliyyət göstərən iki xarici şirkət ləğv olunduğunu elan edib.
Yeniavaz.com “Vergilər” qəzetinə istiadən bildirir ki, Yaponiyanın "Astellas Pharma Europe B.V" şirkətinin və Böyük Britaniyanın "Doosan Babcock Limited" şirkətinin Azərbaycandakı nümayəndəlikləri ləğv olunur.
Elanda qeyd olunur ki, "Astellas Pharma Europe B.V" şirkətinin kreditorları tələblərini 2 ay ərzində “Yasamal rayonu, İzmir küçəsi, ev 8, mənzil Hyatt Tower 2, 6-cı mərtəbə” ünvanına, "Doosan Babcock Limited" şirkətinin kreditorları isə tələblərini 2 ay ərzində Xətai rayonu, Nobel prospekti, ev 25E ünvanına bildirə bilərlər.
Qeyd edək ki, hər iki şirkət Azərbaycana 2010-cu ildə gəlib. "Astellas Pharma Europe B.V" şirkəti əczaçılıq, "Doosan Babcock Limited" şirkəti isə enerji sektorunda fəaliyyət göstərir.