Putin Baydenə meydan oxudu, tarix verdi – VİDEO


Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Co Baydeni canlı debata dəvət edib.
Yeniavaz.com
 xəbər verir ki, Putin bu çağırışı “Rossiya 24” dövlət televiziyasında edib. O, Baydenin təşəbbüsü ilə telefon danışığı apardıqlarını xatırladaraq ABŞ prezidentilə onlayn canlı yayımda müzakirələrini davam etdirməyi təklif edib:
“Mən onu canlı yayıma dəvət edirəm. Düşünürəm ki, biz söhbətimizi orada davam etdirməliyik. Mənə elə gəlir ki, bu, Rusiya xalqı, Amerika xalqı və bir çox başqa ölkələrin insanları üçün maraqlı olacaq. Bizim danışa biləcəyimiz çox şey var”.
Daha sonra jurnalist canlı debatın nə vaxt mümkün olacağı barədə sual ünvanlayıb. Putin isə “həftə sonu istirahət üçün tayqa meşələrinə gedəcəm. Biz bunu sabah və ya gələn həftənin əvvəlində edə bilərik”-deyə cavab verib.
Xatırladaq ki, Bayden ABC televiziyasına verdiyi müsahibəsi zamanı Putinə qarşı sərt sözlər səslədirərək onu qatil adlandırmışdı.

 

DİGƏR XƏBƏRLƏR

Top