ABŞ Çinin mühasirəyə alınacağı barədə yayılan məlumatlara aydınlıq gətirdi


ABŞ administrasiyası Yaponiyaya yeni raketlərin yerləşdirilib-yerləşdirilməyəcəyi ilə bağlı açıqlama verdi. 
Yeniavaz.com
xarici KİV-ə istiandla xəbər verir ki, ABŞ-ın Çin və Rusiyanı təhdid edən addımlar atacağı ilə bağlı məlumatlara aydınlıq gətirilib. Belə ki, son günlər mətbuatda ABŞ-ın Yaponiya ərazisinə yeni raketlər yerləşdirəcəyi və bununla Çini mühasirəyə alacağı ilə bağlı xəbərlər yayılıb. Ağ Ev məsələ ilə əlaqədar açıqlama verərək bildirilib ki, ABŞ-ın hazırda belə bir addım atmaq fikri yoxdur.
Qeyd edək ki, “Defence News” jurnalı ABŞ-ın hazırda Şərqi Çin dənizindəki adalara 500 km-dən çox mənzilli raketlər yerləşdirməyə hazırlaşdığını yazmışdı. Bu məqsədlər üçün 1,3 milyard dollar ayrılacağı vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top