Jurnalisti döyən erməni nazir: "Məmur və ya jurnalist olsun..."


Ermənistanda jurnalisti döyən nazir Hakob Arşakyan hər kəsdən üzr istədiyini açıqlayıb.
Yeniavaz.com
“news.am”a istinadla xəbər verir ki, Hakob Arşakyan bildirib ki, etdiyi yanlış hərəkətlərə görə, bütün insanlardan üzr istəyir:
“Baş verənlərlə əlaqədar olaraq, ilk növbədə hər cür zorakılığın əleyhinə olduğumu bildirmək istəyirəm.  Hər bir vətəndaşın məxfilik və ailə həyatı hüququ vardır. Məmur və ya jurnalist olsun, cəmiyyətimizin hər hansı bir üzvü, ilk növbədə duyğuları olan və xüsusilə ailə ilə əlaqəli məsələlərə həssas yanaşmalıdır. Sonda qeyd etmək istərdim ki, baş verənlərə görə məsuliyyət daşımağa hazıram”.
Qeyd edək ki, erməni jurnalist  paytaxt İrəvandakı kafelərin birində oturan nazirdən iş vaxtı bura necə gələ bildiyini soruşub. Mətbuatın yazdığına görə bu sualdan hirslənən nazir bir müddətdən sonra jurnalistə yaxınlaşaraq ona zərbə endirib.

DİGƏR XƏBƏRLƏR

Top