Bayden çıxış edərkən başqa bir şəxsi ABŞ prezidenti adlandırdı - VİDEO


ABŞ prezidenti Co Bayden çıxış edərkən növbəti dəfə səhvə yol verib.
Yeniavaz.com
“Fox news”a istinadla xəbər verir ki, Co Bayden COVID-19 peyvəndi ilə bağlı danışarkən səhv ifadə işlədib. Belə ki o, ABŞ-ın vitse-prezidentini prezident adlandırıb. Baydenin bu ifadəsi ilə bağlı Ağ Evdən heç bir açıqlama verilməyib.
Qeyd edək ki, Bayden bundan əvvəlki çıxışlarında da bənzər səhvlərə yol vermişdi. Sonuncu dəfə aparıcı ona “nəvələrinlə vaxt keçirə bilirsənmi” deyə sual ünvanlamışdı. Bayden isə ona uşaqları çox sevdiyini söyləmək istəyərkən “uşaqları insanlardan çox sevirəm” deyə bildirmişdi. Sabiq ABŞ prezident Donald Tramp seçki kampaniyası zamanı bu cür halları sərt tənqid etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top