Hövsanda güzəştli mənzillərin növbəti seçiminin keçiriləcəyi tarixlər açıqlanıb


Hövsan Yaşayış Kompleksinin bir sıra binaları üzrə ümumilikdə 503 mənzilin satışı 21 aprel tarixində başlayacaq və 30 aprel tarixinədək davam edəcək.
Yeniavaz.com
xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyindən verilən məlumata görə, mənzillərin seçimi 26-30 aprel tarixlərində baş tutacaq.
Mənzillərin əldə edilməsi “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.
Qeyd edək ki, 1 otaqlı mənzillərin qiyməti 32 130 manatdan, 2 otaqlı – 42 415 manatdan, 3 otaqlı mənzillərin qiyməti isə 57 120 manatdan başlayır. Mənzillərin satış qiymətinə ƏDV daxildir.

DİGƏR XƏBƏRLƏR

Top