"Təcili yardım gələnə qədər..." - Dünən vəfat edən aktyorla bağlı dostu danışdı


Tanınmış teleaparıcı və aktyor Ramiz Hüseynzadə dünən qəfildən dünyasını dəyişib. 

Yeniavaz.com-un xəbərinə görə, mərhumun yaxın dostu, aktyor Fərda Xudaverdiyev Modern.az-a bildirib ki, Ramiz Hüseynzadədə olan xəstəliyin eynisi onun anasında da olub:

“Ramizdə olan xəstəlik onun anasında var imiş və hər ikisi də eyni yaşda vəfat edib.

Ramiz yüksək təzyiqdən əziyyət çəkirdi. Dünən günorta saatlarında evə gəlib və özünü yaxşı hiss etmədiyini deyib. Sonra yatıb, yuxudan ayılanda sağ tərəfinin keyidiyini bildirib və dərhal təcili tibbi yardım çağırılmasını istəyib. Təcili yardım gələnə qədər isə beyninə qan sızmadan vəfat edib.

Son dəfə təxminən 9 gün bundan qabaq görüşmüşdük. Bir yerdə reallaşdıracaq çox arzularımız var idi. Hamısı qaldı.

Allah rəhmət etsin! ”.

Qeyd edək ki, Ramiz Hüseynzadənin 41 yaşı var idi. Ailəlidir, 3 övladı vardı.

DİGƏR XƏBƏRLƏR

Top