Türkiyə ərazisi Suriyadan raket atəşinə tutulub - VİDEO


Suriyadan atılan raketlər Türkiyənin Kilis rayonuna düşüb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, YPG/PKK terror təşkilatının nəzarət etdiyi Tel-Rıfat bölgəsindən iki raket Kilisə düşüb. Hadisə zamanı insan tələfatı qeydə alınmayıb, xəsarət alan olmayıb. Raketlər boş əraziyə düşüb və hər hansı ziyan vurmayıb.

Raketlərin zərərsizləşdirilməsi üçün bölgəyə mütəxəssislər cəlb edilib.


report

DİGƏR XƏBƏRLƏR

Top