Azərbaycan bir gündə "Tokio-2020"yə 2 lisenziya qazandı

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirinin finalına yüksəlib.

65 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Moldova təmsilçisi Maksim Sakultana qalib gəlib.

3 qat dünya və Avropa çempionunu həlledici görüşə vəsiqə qazanmaqla, eyni zamanda Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Titullu idmançının finaldakı rəqibi ermənistanlı Vazgen Tevanyan olacaq.

Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirinin finalına yüksəlib.

74 kq-dakı Hacımurad Hacıyev yarımfinalda rumıniyalı Maksim Vasilioğlunu məğlub edərək, adını həlledici raunda yazdırıb.

Beləliklə, Hacı Əliyevdən (65 kq) sonra H.Hacıyev də Tokio-2020 Yay Olimpiya oyunlarına lisenziya əldə edib. O, qızıl medal uğrunda Avtandil Kentçadze (Gürcüstan) ilə üz-üzə gələcək.

57 kq-dakı İslam Bazarqanov isə yarımfinalda Georgi Valentinov Vangelova uduzaraq, həm qızıl medal, həm də lisenziya şansını əldən verib. Bazarqanov bürünc medal uğrunda Moldova təmsilçisi Petru Krakiunla qarşılaşacaq.

 

DİGƏR XƏBƏRLƏR

Top