Azərbaycanlı aktyor Ramiz Hüseynzadə qəfil vəfat edib.
Bu barədə onun sənətçi dostları sosial şəbəkələrdə paylaşım ediblər. İlkin məlumata görə, aktyorun ölümünə beyninə qan sızması səbəb olub.
Qeyd edək ki, Ramiz Hüseynzadə 1979-cu ildə Bakıda anadan olub. O, müxtəlif televiziya kanallarında müəllif, aparıcı və prodüser olaraq çalışıb. “Taksi” verilişinin prodüseri, “Tək səbir” verilişinin baş prodüseri, “Arı şou” verilişinin yaradıcısı və aparıcısı olub.