Türkiyəli nazir işğaldan azad edilmiş ərazilərdə olub


Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirli işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilanda olub.
Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin “Facebook” hesabında bildirilib. 
Türkiyəli nazir Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovla birgə Cəbrayılda yem bitkisi toxumunun səpilməsində, Zəngilanın “Qardaşlıq Bağı”nda 5 hektarlıq ərazidə isə Türkiyədən gətirilən meyvə ağaclarının əkilməsində iştirak edib.

 

DİGƏR XƏBƏRLƏR

Top