Yeni doğulan şəhid övladlarına atalarının adları verildi - FOTOLAR


Daha iki şəhidimizin yeni doğulan övladlarının, şəhid İntiqam Əsgərlinin övladı İntiqamın, şəhid Turab Quliyevin övladı Turabın zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Bu məqsədlə 1000 AZN analara təqdim olunub və dünyaya yeni göz açan körpələrin adına 5000 AZN-lik hesab açılacaq.

Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.




DİGƏR XƏBƏRLƏR

Top