Bir ay əvvəl itkin düşən qızın meyiti tapıldı - Qətlə yetirilib

Gəncə şəhərinin Cavad Xan qəsəbəsindəki zibillikdən qadın meyiti tapılıb.

Onun 2002-ci il təvəllüdlü Pərvin Musayeva olduğu müəyyənləşib.

Meytin üzərində aparılan araşdırmalar nəticəsində gənc qızın boğularaq qətlə yetirildiyi məlum olub.

Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qətldə şübhəli bilinən şəxs, qızın tanışı olan, 2001-ci il təvəllüdlü Sərdar Cəfərov saxlanılıb.

Qeyd edək ki, P.Musayeva bir aydan çoxdur itkin düşmüş şəxs kimi axtarışda olub.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. /Report

DİGƏR XƏBƏRLƏR

Top