Paşinyanın istefa verəcəyi tarix açıqlandı


Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini açıqlayıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, konstitusiya hüququ üzrə mütəxəssis Gohal Meloyan Baş nazirin istefa verəcəyi tarixi açıqlayıb.
Meloyan “Facebook” səhifəsində yazıb ki, Nikol Paşinyan bu il aprelin son on günündə - 20 apreldən 30 aprelə qədər istefa edəcək.
Bildirilib ki, növbədənkənar parlament seçkiləri parlamentin buraxılmasından 45 gündən gec olmayaraq keçirilir. Ermənistan qanunlarına görə Baş nazir istefa vedikdən sonra parlament 2 həftə ərzində yeni Baş nazir seçə bilməsə, buraxılmalı və növbədənkənar parlament seçkiləri keçirilməlidir.





 

DİGƏR XƏBƏRLƏR

Top