Nazir X-XI sinif şagirdlərinin məktəbə nə zaman gedəcəyinə aydınlıq gətirib

“X-XI siniflərin dərslərinin məktəbdə əyani formada bərpası pandemiyanın gedişatından asılı olaraq mümkündür. Təbii ki, biz hamının məktəbə getməsini istəyirik”.

Bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, Novruz bayramından sonra rəqəmlərə baxılacaq, eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləmək lazımdır: “Odur ki, sosial şəbəkələrdə və ya hansısa saytlarda şayiə xarakterli fikirlərə inanmayıb. Rəsmi verilən qərarlarla həyatınızı planlaşdırın”. / Report

DİGƏR XƏBƏRLƏR

Top