Ərdoğanın mühafizəçisi məktub yazıb intihar etdi: "Hər insanın qüruru var…"


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Mühafizə Xidmətində fəaliyyət göstərən 28 yaşlı polis intihar edib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, polis əməkdaşı Mehmet Əli Bulud işə gəlmədiyi üçün həmkarları onun evinə yollanıb. Çilingər vasitəsilə evin qapısını açan polis əməkdaşları M. Ə. Buludun cansız bədənini və yazdığı məktubu tapıblar.
O, məktubda tabe olduğu yüksək rütbəlilər tərəfindən hədələndiyini, təhqir olunduğunu və nəticədə buna tab gətirməyərək intihar etdiyini yazıb:
“Ən yaxşı gördüyünüz iş, sizə tabe olanları təhqir etmək, hədələmək, işdən çıxarmaq, alçaltmaq, yalançı kimi təqdim etməkdir. Hər insanın bir qüruru var və mən o sözləri qəbul edə bilmədim. Bəli C.B və A.Ö, bina, infrastruktur və qapılar sizə məxsusdur. Kaş ki, yuxarıda yazdıqlarımın yerinə, biraz da sizə tabe olanlarla yaxşı rəftar edib, onların əhvalını soruşmağı, başa düşməyi sınaqdan keçirsəydiniz. Yas mərasimimə komandirim Mustafa Yavuzkanatdan başqa heç bir rütbəli şəxsin gəlməsini istəmirəm. M. Əli Bulud”.
Türkiyənin Daxili İşlər Nazirliyindən hadisə ilə bağlı verilən açıqlamada intihar edən polis məmurunun psixoloji vəziyyətinin yaxşı olmadığı bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top