Zərdab sakinləri: "Sabiq bələdiyyə sədri örüş sahəmizi qanunsuz zəbt edib" – VİDEO + RƏSMİ AÇIQLAMA


Zərdab rayon Dəliquşçu kəndinin bir qrup sakini, kəndin sabiq bələdiyyə sədri Allahverdi Qəhrəmanovun həmin kəndin ərazisində 50 hektarlıq örüş sahəsini qanunsuz zəbt etdiyini iddia edir.
Bu barədə Yeniavaz.com-a məlumat verən kənd sakinləri iddia edirlər ki, A. Qəhrəmanov heç bir rəsmi sənəd olmadan örüş yerini zəbt edərək 20 hektarlıq ərazidə yonca, 20 hektar ərazidə taxıl əkib. Sakinlər 10 hektarlıq ərazidə isə A. Qəhrəmanovun özünə balıqçılıq təsərrüfatı yaratdığını deyirlər.

Məsələ ilə bağlı Zərdab Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan Yeniavaz.com-a bildirildi ki, sözügedən ərazi rəsmi şəkildə A. Qəhrəmanova icarəyə verilib:
“Onlar bu iddia ilə məhkəməyə müraciət etdilər. Məhkəmə qətnamə çıxartdı ki, A. Qəhrəmanovun həmin ərazini icarəyə götürdüyünə dair çıxarışı var. Hətta Göyçay Regional Ədliyyə İdarəsi də məsələ ilə bağlı Şəki İnzibati Məhkəməsinə müraciət etdi. Əlində şəhadətnamə olduğu üçün həmin torpağın istifadə hüququ A. Qəhrəmanovda saxlanıldı. O şəhadətnaməni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsindən alıb”.

DİGƏR XƏBƏRLƏR

Top