Putindən ona qatil deyən Baydenə cavab: "Can sağlığı..."


Rusiyanın prezidenti Vladimir Putin ötən gün onu qatil adlandıran ABŞ prezidenti Co Baydenə cavab verib.
Yeniavaz.com “TASS”a istinadən xəbər verir ki, Putin Baydenə cavabında ABŞ prezidentinə can sağlığı arzu edib. Rusiya prezidenti bildirib ki, ABŞ-da çox sayda dürüst və layiqli insan var və Rusiya Federasiyası onlara etibar edəcək.
Vladimir Putinin sözlərinə görə, ABŞ rəhbərliyi Rusiya Federasiyası ilə münasibətlərə yalnız Vaşinqtonun şərtləri ilə sadiqdir, Rusiya isə yalnız özü üçün əlverişli olan şərtlərlə işləyəcək.
Qeyd edək ki, Bayden ABC televiziyasına verdiyi müsahibəsi zamanı Putinə qarşı sərt sözlər səslədirərək onu qatil adlandırmışdı.

DİGƏR XƏBƏRLƏR

Top