Paşinyan Ermənistanda növbədənkənar seçkilərin tarixini açıqladı


İyunun 20-də Ermənistan parlamentinə növbədənkənar seçkilər keçiriləcək.
Yeniavaz.com “Sputnik Aremenia”ya istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə öz “facebook” hesabında məlumat verib.
Baş nazirin sözlərinə görə, bu gün o, Çiçəklənən Ermənistan fraksiyasının lideri Qagik Tsarukyan ilə görüşüb. Tərəflər mövcud daxili siyasi vəziyyətdən çıxış yolunu növbədənkənar parlament seçkilərinin keçirilməsində görüb. O bildirib ki, seçkilərin vaxtı 20 iyuna təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top