Yevlaxın Qaraoğlan kəndinə yeni yol çəkilir


Yevlax rayonunun Qaraoğlan kəndinə yeni yol çəkilir.

Yeniavaz.com xəbər verir ki, əvvəllər bərbad vəziyyətdə olan Qaraoğlan kəndinə uzanan yol hazırda yenidən qurulur, bura yeni asfalt vurulur.
Kənd sakinləri illərdir yollarının bərbad olduğunu, heç vaxt belə rahat yola malik olmadıqlarını qeyd edərək belə müasir asfalt yol çəkildiyinə və kənddə yaşayan insanların sosial qayğılarını ardıcıl həll etdiklərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strategiyasının əsas hədəflərindən biri də Azərbaycanı yüksək infrastruktur təminatına malik ölkəyə çevirməkdən ibarətdir. Dövlət başçısının müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan Regionların Sosial-iqtisadi İnkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən müxtəlif layihələr Azərbaycanın simasını dəyişib və respublikamızı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb.

Esmira Hidayətova, Yevlax
 

DİGƏR XƏBƏRLƏR

Top