ABŞ prezidenti Co Baydenin Vladimir Putinlə bağlı verdiyi açıqlamalar Rusiya tərəfindən pislənib.
Yeniavaz.com “TASS”a istinadən xəbər verir ki, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov juralistlərə açıqlama verib. Məsələ ilə bağlı Peskova verilən suala o, belə cavab verib:
“Bununla bağlı açıq danışmaq istəməzdim. Yalnız bunu deyə bilərəm ki, ABŞ prezidentinin dilə gətidiyi ifadələr çox pisdir”.
Kremlin sözçüsü bildirib ki, Baydenin bu cür açıqlamaları ABŞ-ın Rusiya ilə münasibətləri yaxşılaşdırmaq planlarının olmadığını göstərir.
Moskvanın hər hansı bir cavab addımı atıb-atmayacağı ilə bağlı suala isə Kremlin sözçüsü "ediləcək bir şey yoxdur" deyə cavab verib.
Qeyd edək ki, Bayden Putini qatil adlandırıb: “Məncə, Rusiya lideri bir qatildir. ABŞ-da seçkilərə qarışdığı üçün cavab verəcək”.