Ermənistan hökuməti: Onik Qasparyan Baş Qərargah rəisi deyil


Ermənistan hökuməti Baş Qərargah rəisi Onik Qasparyanın işi ilə bağlı məhkəmə qərarına münasibət bildirib.  
Yeniavaz.com
“Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabineti məlumat yayıb. Kabinet Qasparyanın vəzifəsindən azad edildiyini bildirib.
Bundan əvvəl İnzibati Məhkəmə müvafiq inzibati akt olmadığı üçün Qasparyanın vəzifəsindən azad edilməsinin ləğv olunmasına dair qərar yayımlamışdı.
Hökumətin açıqlamasında Qasparyanın vəzifəsindən azad edilməsinə dair fərmanın prezident tərəfindən imzalanmamasına baxmayaraq, qanunla qüvvədə olduğu bildirilmişdi. Konstitusiya bu kimi hallarda qərarın ləğv olunmasını təmin etmir.
Paşinyan administrasiyası məhkəmənin baş nazirin müraciətilə Qasparyanın istefaya göndərilməsi ilə bağlı hüquqi yanaşmnıin olmaması barədə vəsatəti təmin etdiyini etiraf edib. Nazirlər Kabinetinə görə, bu müvəqqəti tədbir generalın vəzifəsindən kənarlaşdırılması qərarını ləğv etməyib.
Qasparyanın vəkili Artur Hovhannisyan bildirmişdi ki, məhkəmə hərbi rəhbərin vəzifədən uzaqlaşdırılması ilə bağlı hüquqi yanaşmanın olmaması ilə bağlı vəsatəti təmin edərsə, Qasparyan məhkəmənin son qərarına qədər vəzifəsinə bərpa ediləcək və Baş qərargah rəisi vəzifəsini icra etməyə davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top