Ötən il bankı, bu il də sığorta şirkəti ləğv olunan Nuru Əliyev kimdir? – DOSYE


Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri olan “Rəvan Sığorta “ASC (VÖEN-1000121291) ləğv olunduğunu elan edib.
Yeniavaz.com “Vergilər” qəzetinə istinadən bildirir ki, ləğv etmə elanında kreditorlar iki ay ərzində tələblərini  Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski 40 küçəsi ünvanına bildirmələri qeyd olunub.
Məlumat üçün bildirək ki, “Rəvan Sığorta” ASC 16.03.1998-ci ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 8 milyon 900 min 71 manat 20 qəpik təşkil edir. “Rəvan Sığorta”nin direktoru Aslanov Fərhad Faiq oğludur.
Onu da qeyd edək ki, “Rəvan Sığorta” ASC Azərbaycanın tanınmış iş adamlarında biri olan Nuru Əliyeva məxsusdur. ASC-nin səhimlərinin 49,1%-i “Nurgün Grup” MMM-yə, 42,4%-i   “Nurgün Motors” MMC –yə, 8,5%-i isə ötən il ləğv olunan “NBCBank” ASC-yə məxsus olub.
Nuru Əliyeva məxsus olan “NBCBank” ASC  17 dekabr 1992-ci ildə “Ruzu” SKB Səhmdar Kommersiya Bankı kimi qeydiyyatdan keçib. 17 yanvar 2002-ci il tarixindən adında dəyişiklik edilərək “NBCBank” KB kimi bank sektorunda fəaliyyəti davam etdirib. “NBCBank”ASC-nin təsisçi şirkəti “Nurgün Qrup” MMC-dir.
Qeyd edək ki, böyük biznes “imperiyasına” sahib olan Nuru Əliyev həm də başqa bir tanınmış iş adamı, sabiq Nəqliyyat naziri Ziya Məmmədovla yaxınlığı heç kimə sirr olmayan “Hafka” ləqəbli Hafiz Məmmədovla quda olub. “Bello” Yuyucu Vasitələr Fabriki, Salyan süd zavodu, “Nurgün Trading”, “Kaspian Transport”, “Kontinental” mağazalar şəbəkəsi,  “Ailə” supermarketlər şəbəkəsi, “Nicos” kosmetika məhsulları, “Active” qabyuyan mayeləri, “BIOSENSE” şampunları, “Rocchetta”, “Vittel” və “Erikli” suları, “Havoline” və “Ardeca” yağları kimi biznesə sahib olan Nuru Əliyev eyni zamnada “Rəvan” futbol klubunun da sahibi olub.
Bundan başqa “Nissan”, “Ford”, “Renault”, “İnfiniti” markalı avtomobillərin satışı ilə məşğul olan “Nurgun Motors” şirkəti də Nuru Əliyeva məxsusdur.
Nuru Əliyev bunlardan başqa “Rəvan” futbol klubunu da sahibi olub.

DİGƏR XƏBƏRLƏR

Top