Fransa xarici işlər naziri Trampın niyyəti haqda

Fransa xarici işlər naziri Jan-Mark Eyro ABŞ-ın seçilmiş prezidenti Donald Trampın ABŞ-ın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək niyyətini təxribat adlandırıb və bildirib ki, hadisələrin bu cür inkişafı ən ağır nəticələrə gətirib çıxaracaq. O bunu “France-3” telekanalının efirində deyib.
Jan-Mark Eyro onu da vurğulayıb ki, ABŞ-da bu məsələ ilk dəfə deyil gündəmdədir: “Ancaq hələ heç bir ABŞ prezidenti bu və ya digər məqamda belə bəyanatlar verməsinə baxmayaraq, bu barədə qərar qəbul etmək mərhələsinə getməyib”. virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top